Böyük Qələbənin Başlanğıcı

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı zaman Azərbaycan ordusunun bölmələri əks hücumla bu həmlələrin qarşısını aldı. Bütün döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Böyük qələbənin başlanğıcı sayılan aprel döyüşlərini xatırlamaq, müzakirə etmək və yaddaşlara həkk etmək üçün məktəbin IVa sinif rəhbəri Ağamalıyeva İradə öz şagirdlərini müxtəlif sosial şəbəkələrdən istifadə etməklə öz ətrafına toplaya bilmişdir. İradə müəllimə aprel döyüşləri ilə bağlı şagirdlərə ətraflı məlumat vermiş və geniş müzakirələr aparmışdır. IVa sinfinin şagirdləri qəhrəmanlıq tariximizlə bağlı şeirlər söyləmiş, öz fikirlərini səsləndirmiş və videoçarx hazırlamışlar. Aprel döyüşləri bir daha bütün dünyaya Azərbaycan ordusunun, Azərbaycan əsgərinin gücünü və qələbə əzmini nümayiş etdirdi. Azərbaycan Ordusunun əsgərləri böyük şücaət göstərərək əyilməz bayrağımızı, öz ata-baba torpağımızın ən uca zirvəsində dalğalandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi