Hekayə müsabiqəsi

Mir Cəlal irsini və Azərbaycan mədəniyyətini təbliğ edən "Ədibin evi" yaradıcılıq mərkəzi Mir Cəlal adına ikinci "Hekayə Müsabiqəsi"ni elan etmişdir. Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. Mir Cəlal adına hekayə müsabiqəsini təşkil etməkdə məqsəd hekayə janrının inkişafına töhfə verməkdən ibarət olmuşdur. Ölkənin belə çətin bir vəziyyətdə , virusnan mübarizə apardığı bir zamanda məktəbin şagirdləri öz evlərində bu müsabiqə ilə əlaqədar həvəslə çalışmış , öz təsəvvür və təxəyyüllərinə uyğun hekayələr hazırlamışlar. Şagirdlərin hazırladığı hekayələr növbəti mərhələdə iştirak üçün tələb olunan ünvana göndərilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi