Gücümüz birlikdədir

Ölkədə virusa qarşı genişhəcmli profilaktik tədbirlərin aparıldığı dövrdə məktəbin şagirdləri evdə öz təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Məktəb rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə məktəbin müəllimləri şagirdlərin yalnız teledərslərdən yararlanması ilə kifayətlənmir, eyni zamanda müxtəlif sosial şəbəkələrdən istifadə edərək şagirdlərin lazım olan biliklərə yiyələnməsində böyük köməklik göstərirlər. Müəllimlər daha çox zoom proqramından istifadə edərək gündəlik dərslər qurur və nəticə əldə etmək üçün var gücü ilə çalışırlar. Bu baxımdan Azərbaycan dili müəllimi Güliyeva Aidə, kimya müəllimi Bədirova Rühəngiz, tarix müəllimi Quliyeva Pərvanə, riyaziyyat müəllimi Cəlilova Samirə xüsusi fəallıqları ilə seçilirlər. Rəhbərlik olaraq müəllimlərə  çətin və məsuliyyətli işlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi