Mart soyqırımı

1918-ci ilin mart ayı Bakıda ictimai-siyasi vəziyyət son dərəcədə gərgin idi. Cənubi Qafqazda azərbaycanlıların nüfuzunun artması və xalqımızın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inadla mübarizə aparması Şaumyan başda olmaqla rus və erməniləri qəti olaraq narahat edirdi. Bunun nəticəsi idi ki, rus və erməni birləşmiş qüvvələri 31 mart 1918-ci il tarixində azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirdilər. Rus və erməni vəhşiliyinin nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdür. Mart soyqırımından 102 il ötməsinə baxmayaraq 301 nömrəli məktəbin şagirdləri tariximizə həssaslıqla yanaşmış, 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımına öz münasibətlərini bildirmişlər. Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlər "31 Mart Soyqırımı" ilə bağlı araşdırmalar apararaq məlumatlar toplamış və bu soyqırıma öz münasibətlərini əks etdirən rəsm nümunələri hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi