Gigiyenik qaydalara əməl etmək hər birimizin borcudur
Bugün məktəbdə Azərbaycan Təhsil Nazirliyi Ümidli Gələcək Təşkilatının təlimçisi Tağıyeva Bənövşə tərəfindən VI sinif şagirdləri arasında “Gigiyenik Qaydalara əməl etmək hər birimizin borcudur” adlı maarifləndirmə tədbiri keçirildi.Tədbirdə məktəb rəhbərliyi və tibb bacısı da iştirak etdi.Maarifləndirmə işi aparmaqda məqsəd şagirdlərə gündəlik gigiyena qaydalarına əməl etməyin insanların həyatında nə qədər önəmli yer tutduğununu izah etməkdən ibarət olmuşdur.Gigiyena qaydalarına əməl etməyin yolları şagirdlərə ətraflı şəkildə izah edildi,dəyərli məsləhətlər verildi və mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.