Koronavirus nədir və nə dərəcədə narahat olmalı? adlı maarifləndirici tədbir
Məktəbdə sanitariya-gigiyena əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilmişdir. Buna müvafiq olaraq məktəbin şagird və valideynləri arasında maarifləndirici söhbətlər aparılır. Məktəbin tibb bacısı mütəmadi olaraq siniflərdə virusa yoluxmağın qarşısını almaq üçün mübarizə yolları haqqında ətraflı məlumat verir. Kəskin respirator virus infeksiyasına yoluxma ehtimalı olan şübhəli uşaqların müəyyən edilməsi və ilkin tibbi yardımın göstərilməsi ilə bağlı mütəmadi tədbirlər görülür.