"Talassemiyaya qarşı mübarizə" adlı maarifləndirici tədbirlərə start verildi
"Talassemiyaya qarşı mübarizə" adlı tədbirlər planına uyğun olaraq məktəbin VIIIa sinfində maarifləndirici söhət aparıldı. Bu söhbət tədbirlər planının icrasını təmin etmək, yeniyetmə və gənclər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işi aparılması məqsədilə həyata keçirilmişdir. Məktəbin həkimi talassemiya xəstəliyi, xəstəliyin növləri, bu xəstəlikdən qorunma yolları ilə bağlı məlumat verdi. Həmçinin bu xəstəliyin simpiyonları, qarşısının alınması, həmçinin donorluğun xəstəliyin müalicəsindəki önəmi haqqında tədbir iştirakçılarına məlumat verildi. İrsi qan xəstəliyi olan talassemiya cəmiyyətin ümumi sağlamlığı üçün təhlükə yaratdığını qeyd edən məktəbin həkimi Günəş Sultanova bu qan azlığı xəstəliyindən əziyyət çəkən xəstələrin vaxtaşırı qan köçürmələrinə ciddi ehtiyac olduğunu bildirdi.