"Bəşəriyyətə sığmayan cinayət"
26.02.2020-ci il tarixdə məktəbdə "Bəşəriyyətə sığmayan cinayət" adlı məktəb tədbiri keçirildi. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra "Xocalı faciəsi" nə həsr edilmiş videoçarx nümayiş etdirildi. Tədbirdə Mirvari Dilbazinin "Xocalı fəryadı" pyesi səhnələşdirildi. VIb sinif şagirdi Zeynallı Aysu atasının Xocalı faciəsinə həsr etdiyi şeir nümunəsini səsləndirdi. Xocalı Soyqırımı öz ağlasığmaz və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. İnsanlığın görmədiyi vəhşilikləri gördük Xocalı soyqırımında.