Xocalı faciəsi ibtidailərin gözü ilə
24.02.2020-ci il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Pərvanə Şabanovanın təşəbbüsü və təşkilatçılığı ilə 4-cü sinif şagirdlərinin iştirak etdiyi "Xocalı faciəsi ibtidailərin gözü ilə" adlı Dəyirmi masa təşkil edildi. Dəyirmi masada şagirdlər "Xocalı faciəsi" mövzusu ətrafında müzakirə apardılar. Şagirdlər öz kiçik araşdırmaları ilə Azərbaycan tarixinə səyahət etmiş və tarixi hadisələrə öz münasibətlərini bildirdilər. Dəyirmi masanı təşkil etməkdə məqsəd şagirdlərdə tariximizi öyrənməyə balaca yaşlarından həvəs yaratmaqdan ibarət olmuşdur.