Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu keçirilmişdir
23 fevral tarixdə Bakıda, Naxçıvan MR-da və 10 digər rayon (şəhərimizin) 17 müxtəlif mərkəzində Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu keçirilmişdir.
Respublika Fənn Olimpiadalarının həm rayon (şəhər) , həm də yarımfinal turunun həyata keçirilməsində təhsil meneceri, məktəbin ibtidai sinif müəllimi Səbinə Əhmədova iştirak etmişdir. Səbinə müəlliməyə uğurlar arzulayırıq. Respublika Fənn Olimpiadalarının yarımfinal turunda məktəbimizi təmsil etmiş şagirdlərimizdən isə uğurlu nəticələr gözləyirik.