Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübə biliklərinin təkmilləşdirilməsi onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadların üzə çıxarılması məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə" ni rəhbər tutaraq verilən əmrə əsasən məktəbdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirildi. Müsabiqəni məktəbin fizika müəllimi İsmayılova Yeganə keçirdi. Müsabiqə 9 - 11 sinif şagirdləri arasında keçirildi. Qaliblər 11-ci sinif şagirdi Ə.Nurlan, 10-cu sinif şagirdi P.Elton, 9-cu sinif şagirdi Ə.Aytac olmuşlar. Müsabiqənin şərtlərinə əsasən 30 test tipli sual və 2 məsələ yerinə  yetirilməli idi. Test tapşırıqlarının hər biri 1 balla, məsələ isə 5 balla qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi