Təsviri incəsənət dərsi Xocalı faciəsinə həsr edilmişdir

    17.02.2020-ci il tarixdə məktəbdə tərbiyə işləri üzrə direktor müavini Şabanova Pərvanənin təşəbbüsü ilə Ib sinfində təsviri incəsənət dərsi "Xocalı soyqırımı" na həsr etdik. Sinif müəllimi Əhmədova Kamilə dərsə "Xocalı soyqırımında baş verən hadisələrin nə zaman və kimlər tərəfindən törədildiyi haqqında məlumatla başladı. Sonra Xocalı soyqırımına aid videoçarx nümayiş etdirildi. Şagirdlərə bu faciədə həlak olmuş günahsız uşaqların sayı açıqlandı. Hər bir uşaqda düşmənə nifrət, vətənə sevgi hissləri aşılandı. Öz yurdunu, ocağını son nəfəsinə kimi düşmənə təslim etməyən Xocalı əhaləsinin dili ilə şagirdlərə vətəni sevmək və onu qorumaq hissi çatdırıldı. Sonra bu sinfin şagirdi Allahverdiyev Vahid baba, nənə və əmisinin bu faciənin canlı şahid olduğunu bildirdi. O, faciəvi günün onların dilindən eşitdiyini şagirdlərə çatdırıldı.

   Müəllim bu mövzu ətrafında şəkil çəkilməsini izah etdi. Şagirdlər öz düşüncələrində yaratdığı rəsmləri rəsm albomunda əks etdirdilər. Şagirdlər dərsin sonunda çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi