Əyləncəli "Fiziki tərbiyə" dərsi

   14.02.2020-ci il tarixdə 1ç sinfində "Fiziki tərbiyə" dərsində  əyləncəli oyunlardan istifadə olunmuşdur. Məktəbdə fiziki keyfiyyətləri ölçmək, fiziki tərbiyə dərslərini mövcud standartlara uyğun qurmaq, bu keyfiyyətləri təkmilləşdirmək üçün şərait mövcud olmadığından "Fiziki tərbiyə" dərslərində mütəmadi olaraq məhz bu yöndə olan oyunlardan istifadə olunur. Belə oyunlar daha çox əqli qabiliyyətləri (diqqəti, hafizəni, yaddaşı) ölçməyə və təkmilləşdirməyə istiqamətləndirir. Əyləncəli oyunlar sinif şagirdlərinin marağına səbəb oldu. Vaxtın səmərəli və əyləncəli keçməsi ilə nəticələndi. Diqqət oyunları vasitəsi ilə sinif şagirdləri sırasından ixtiyari diqqəti daha yüksək etmiş şagirdləri seçmək, dərslərində nəticələri zəif olan şagirdlərin diqqət dağınıqlığını, yaddaş zəifliyini müəyyən etmək və bu qabiliyyətlərin inkişafı yönündə onlarla iş aparmaq mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi