Həyat bilgisi fənnindən açıq dərs

    12.02.2020-ci il tarixdə IIIa sinfində Həyat bilgisi fənnindən "Həşəratlar" mövzusunda açıq dərs keçirildi. Açıq dərs sinif rəhbəri Mehralıyeva Radə tərəfindən keçirildi. Dərsdə məqsəd şagirdlərə həşəratların xeyirli və zərərli olması haqqında, həşəratların quruluşu, onların səciyyəvi xüsusiyyətləri haqqında məlumatlar vermək idi. Dərs müasir tələblərə uyğun qurulmuşdur. Şagirdlər dərsdə fəal şəkildə iştirak etdilər. Dərs Azərbaycan dili, Təsviri incəsənət, Texnologiya, Musiqi fənləri ilə inteqrasiya olunmuşdu.

    Dərsdə məktəbin direktoru S.Sevda,  tədris hissə müdiri P.Təranə, ibtidai sinif müəllimləri və fənn müəllimləri iştirak etdilər. Sonda direktor və müəllimlər açıq dərs ilə bağlı öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi