I yarımilin son Pedaqoji şura iclası

   04.02.2020-ci il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Sevda Sarıyeva , təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Paşayeva , tərbiyə işləri üzrə direktor müavini Pərvanə Şabanova , psixoloq Leyla Məsimli , UBR Səlimə Mustafayeva , kitabxana müdiri Kəmalə  Fətəliyeva və müəllimlər iştirak etdilər.

  Pedaqoji Şura iclası məktəbin direktoru Sevda Sarıyevanın çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladıqdan sonra gündəlikdə olan məsələlər ilə bağlı müəllimləri məlumatlandırdı.

  İclasda I yarımilin yekunlarının müzakirəsi aparıldı. Buraxılış imtahanlarında nəzərdə tutulan fənlərdən keçirilən Böyük Summativ Qiymətləndirmənin nəticələri müzakirə edildi. Böyük Summativ Qiymətləndirmədə zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

  Məktəb Pedaqoji Şura iclasında qeyd olunan məsələlərlə bağlı məktəb direktorunun, direktor müavinlərinin, UBR və məktəb psixoloqunun hesabatları dinlənildi. Məktəbin mövcud vəziyyəti təhlil olundu və uyğun qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi