Görkəmli alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş tədbir

27 Aprel 2016-cı ildə məktəbimizdə akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi fəal iştirak etdi.Tədbiri açıq elan etmək üçün söz öncə məktəbimizin D.h.m Paşayeva Təranə müəllimə verildi.Təranə müəllim Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd etdi.Onun Tibb sahəsində yeniliklərindən danışdı.Daha sonra məktəbimizin tarix müəllimi A.Əcəb , Azərbaycan dili və ədəbiyyat müəllim M.Səfurə Azərbaycan SSR-nın əməkdar elm xadimi ,tibb elmlər doktoru,Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olmuş Zərifə xanım Əliyevanın həyatından ,gördüyü işlərdən geniş şəkildə məlumat verdilər. Məktəbimizin şagird kollektivi Zərifə xanıma həsr olunmuş şeirlər söylədilər.Video-çarx nümayiş olundu. Sonda məktəbimizin D.h.m P.Təranə müəllimə tədbirdə əməyi olan hər kəsə minnətdarlığını bildirdi.Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərin xatirəsini hər zaman yad etməyin vətəndaşlıq borcu olduğunu söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi