Məktəbəhazırlıq sinfində "Vətən bizim dünənimiz, bugünümüz, və gələcəyimizdir" mövzusunda söhbət aparıldı

    Vətənpərvərlik öz yurdunu, yuvasını, vətənini sevməkdə, onun inkişafına kömək etməkdə, onun tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə canını vətən yolunda qurban verməkdə, vətənə baş ucalığı gətirməkdə ifadə olunur. Balaca fidanlara kiçik yaşlarından vətəni, torpağı, milləti sevməyi öyrətmək lazımdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Vətən müqəddəsdir. Vətənin atributları müqəddəsdir. Bayrağımız qanımızı rənginə qatdığımız xalqımızın parlayan ulduzu. Bayraq olmadan nə azadlıqdan nə də müstəqillikdən danışmaq mümkün deyil.

     Şagirdlərin vətənpərvərlik tərbiyəsi işində müəllimlərin rolu daha böyükdür. Bu baxımdan məktəbin məktəbəhazırlıq sinif müəllimi Muradova Validə öz şagirdlərində bu hissi indidən yaradır. Dərs zamanı şagirdlər "Vətən" haqqında öz şeirlərini söylədilər. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Şabanova Pərvanə və UBR Mustafayeva Səlimə balaca fidanları qürurla dinlədilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi