Siz gəncləşirsiniz, tarix qocalır

     Şəhidlər xiyabanında şagirdlər şəhidləri ziyarət etmiş, məzarları üzərinə çiçəklər qoymuş, Ülvi Bünyadzadənin məzarı önündə Ülvinin yazdığı şeir və andı səsləndirmişlər. İlham və Fərizənin Leyli və Məcnun misallı məhəbbəti şagirdlərə çatdırılmış, bu əfsanəvi məhəbbətə dair şeirlər səslənmişdir. Bundan başqa vətənpərvərlik ruhunda şeirlər söylənmiş, düşmənə nifrət aşılayan çıxışlar olmuşdur. Ölümün gözünə dik baxmış Larisalar, İlqarlar şagirdlərin iftixar, qürur mənbəyi olmuşdur. Onlar daşa dönmüş qəhrəman gənclər, biz isə , bəlkə də,  tarixdən izsiz qocalar olacayıq. Ülvi həmişə 20 yaşında, İlham və Fərizə həmişə toy libasında doğulmamış körpələri isə aralarında olacaq.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi