"Mütaliə mənəvi zənginliyə aparan yoldur"

   Məktəbdə "Mütaliə mənəvi zənginliyə aparan yoldur" silsiləsinin davamı olaraq VIb sinfində Abdulla Şaiqin "Qorxulu nağıllar" əsərinə daxil olan hekayələrin müzakirəsi keçirilmişdir. Şagirdlər əsərin məzmununu danışmaqla bərabər əsərləri müasir dövrlə bağlamış, günümüzdə baş verən uşaq qətlləri, külə dönmüş Qarabağ kəndləri, Xocalı faciəsi, 20 Yanvar faciəsi haqqında fikirlərini söylədilər. Uşaqların fikrincə Qayadibi kəndini külə döndərən qaçaq Səfərin ermənidən, 9 yaşlı Nərmini qətlə yetirən canidən fərqi yoxdur. Şagirdlər qətllərə, terrora "yox" dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi