"Balaca Fidanların Şəhidlər Xiyabanına ziyarəti"

    Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində məktəbin 1-ci sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub. Ziyarət zamanı sinif müəllimləri şagirdlərə 20 yanvar faciəsi barədə dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. Onlar həmçinin şagirdlərin nəzərinə çatdırıblar ki, 20 yanvar hadisəsini təkcə hüzn kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirmək lazımdır. Müəllim və məktəblilər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi