Rəsm müsabiqəsinin məktəb mərhələsi

    Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda rəsm müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə şagirdlər xüsusi fəallıqla iştirak etdilər. "20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda çəkilmiş rəsm əsərlərindən  VIIa  sinif şagirdi Quliyev Səid Bahadır oğlu və IXa sinif şagirdi Səfərəlizadə Fəridə Fərid qızının  əl işləri qalib iş kimi qiymətləndirildi və müsabiqənin növbəti mərhələsində iştirak etmək üçün Binəqədi rayon Gənclər və İdman İdarəsinə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi