Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının müzakirəsi
25.12.2019-cu il tarixdə VIIIa sinfində Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının müzakirəsi keçirildi. Ədəbiyyat müəllimi Kərimova Sevinc şagirdlərə dahi Nizami Gəncəvinin tükənməz söz xəzinəsi barədə məlumat verdi. Müzakirə zamanı şagirdlər poemadakı hekayələrin məzmunu ilə bağlı fikirlərini bildirdilər. Nizami ədəbi irsinin dərinliyi və mənəvi dəyəri səslənən fikirlərdə öz əksini tapdı. Şagirdlərin nümayiş etdirdikləri müxtəlif səhnəciklər çox maraqla qarşılandı. Nizaminin bu poemada aşıladığı əxlaqi dəyərlər əsrlər keçməsinə baxmayaraq, öz qiymətini itirməmiş, aktuallığını qoruyub saxlamışdır. Belə müzakirələr gənc nəslin düzgün tərbiyələnməsində çox əhəmiyyətli rol oynayır.