Biologiya fənnindən "Açıq dərs"
19.12.2019- cu il tarixdə məktəbdə biologiya müəllimi Qüdrətova Vüsalə Musa qızının 6 c sinfində "Bitkinin generatik orqanı", "Çiçək, çiçəyin quruluşu" haqqında məktəbin fəaliyyət planına uyğun olaraq "Açıq dərs" keçirildi. Dərs zamanı əyani vəsaitlərdən, videoçarxdan istifadə olundu. Şagirdlər qruplar üzrə öz işlərini təqdim etdilər. "Zanbaq", "Bənövşə" qrupunun işi "Əla" , "Qızılgül" , "Lalə" qrupu isə "Orta" qiymətləndirildi. Müəllim maket üzərində çiçəyin quruluşunun ətraflı izahını verdi, istiqamətləndirici suallarla sinfin fəallığını artırdı.