Həmid Araslının 110 illiyinə həsr edilmiş " Dəyirmi Masa "
20.12.2019- cu il tarixdə tədqiqatçı alim Həmid Araslının 110 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil olundu. Dəyirmi Masada alimin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş etdirildi. Sonra məktəbin 8-ci sinif şagirdləri H.Araslının çoxşaxəli yaradıcılıq yolu keçdiyini vurğulayaraq Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətlərindən danışdılar. Onun folklorşünas, füzulişünas, nizamişünas, nəsimişünas, mətnşünas alim kimi "Kitabi-Dədə Qorqud" dastanının dərin tədqiqatçısı kimi fəaliyyətindən söz açdılar.
"Qanlı repressiya illərində qadağan edilmiş islamçılıq, türkçülük, müasirlik ideologiyasına bağlanan "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqına qaytaran H.Araslı olmuşdur" fikrini əsaslandırdılar.