X-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyi məktuba əsasən "Azərbaycan qadın haqqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" layihəsi üzrə müəyyən olunmuş mövzularda ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində vahid gündə - 7 dekabr 2019-cu il saat 10:00 da məktəb rəhbərliyinin, təşkil olunmuş komissiya üzvlərinin, dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə X-XI sinif şagirdləri arasında inşa müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən 13 şagirddə çox yüksək əhvali-ruhiyyə hiss olunurdu.
İnşanın keçirilməsində məqsəd müasir dövrdə qadınların cəmiyyətdə aparıcı qüvvə, əvəzolunmaz varlıq kimi fəaliyyətini əks etdirməkdir.