Heydər Əliyev Mərkəzinə ekskursiya

      05.12.2019-cu il tarixdə məktəbin  şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.Xüsusi avtobusla çatdırılan şagirdləri mərkəzin əməkdaşları qarşıadılar.Bələdçi ilk növbədə şagirdlərə mərkəzin qeyri-adi memarlıq quruluşuna malik olan binası haqqında məlumat verdi.Sonra şagirdlər mərkəzdə fəaliyyət göstərən muzey bölmələri ilə tanışlığa başladılar.Bölmələrdən biri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşdur.Buradakı müasir elektron eksponatlar, maraqlı şəkillər Heydər Əliyevin mənalı həyat yolunu özündə əks etdirirdi.

           Mərkəzin növbəti muzey bölməsi xalqımızın tarixi keçmişinə həsr olunmuşdu.Burada nümayiş olunan Qobustan qaya parçaları, qədim silahlar, milli geyimlər, bəzək əşyaları, qədim xalçalar şagirdlərin böyük marağına səbəb oldu.Şagirdlər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrıldılar.Bu cür ekskursiyaların təşkili təlim prosesinə dəstək baxımından çox əhəmiyyətlidir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi