Şagirdlərimiz yüksək bacarıq nümayiş etdirdilərÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük qayıdışın başlanğıcı" adlı hərbi bilik yarışmasında məktəbimizin "şəhid Tural Zeynalov" adlı komandası Binəqədi rayonu üzrə birinci yerə layiq görülmüşdür.
Hərbi bilik yarışı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilmişdir.
Komandamızın hazırlığında əziyyəti olan məktəbimizin hərbi rəhbəri mayor Səbuhi Səmədova təşəkkür edirik.
Uğurlarımız davamlı olsun.
Bacarıqlı şagirdimiz ÖmərMəktəbin 2 z sinif şagirdi Səmədov Ömər 18 fevral 2023- cü il tarixdə keçirilən ABŞ- ın Beynəlxalq FISO Məntiq olimpiadasında iştirak edib və gümüş medal qazanıb.Bakı Ali Neft Məktəbində (BANM) Qlobal Olimpiya Mərkəzinin təşkilatçılığı ilə olimpiadanın Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb.S.Ömər oktyabr ayında ABŞ- da keçiriləcək olimpiadanın əsas mərhələsində iştirak edəcək.Bacarıqlı şagirdimiz Ömərə uğurlar arzulayırıq.
I yerə layiq görülmüş şagirdimizBinəqədi rayon Gənclər və İdman İdarəsinin Ümummilli lider H.Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsində məktəbimizin rus bölməsinin IX sinif şagirdi İsmayılzadə Fidan I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.