Kiçik Akademiya

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMATBakı şəhəri V.Əvəzov adına 300№li tam orta məktəbdə “Kiçik Akademiya” 25.02.2016-cı il tarixdən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd aşağıdakılardan ibarətdir: “Hər bir uşaq istedadlıdır” devizi altında ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən, istedadlı şagirdlərin olimpiadalara, müsabiqələrə, yarışlara cəlbini daha da genişləndirmək; onların intellektual oyunlarda iştirakını təşviq və təşkil etmək; mütaliə, yazı, nitq mədəniyyətini inkişaf etdirmək; elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq; mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla şairdlərin gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, elmi yaradıcılığa maraq yaratmaq; onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək; elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq; alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək; şagirdlərin intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək;tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərin elmi məruzə ilə çıxışını təşkil etmək; referatlar hazırlamaq; birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşmasına əlverişli şərait yaratmaq və s. İlk növbədə Akademiyanın fəaliyyət planı hazırlanmaqla hədəflər müəyyənləşdirildi, istedadlı şagirdlər “Kiçik Akademiya”ya cəlb edildi. Şagirdlərin bilik və bacarığına görə Akademiyanın daxilində humanitar, təbiət, fizika-riyaziyyat, incəsənət bölmələri fəaliyyət göstərir. Bölmələrdə kafedralar yaradılıb. 2018-2019-cu tədris ili üçün “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Fəaliyyət planına uyğun olaraq istedadlı şagirdlər müəyyənləşdirilərək onların “Kiçik Akademiya”ya cəlbinə nail olunub. Şagirdlərlə “Dəyirmi masa”lar, “Elm korifeyləri haqqında nə bilirik?”, “Bilik və bacarıqlar” mövzularında yarışlar təşkil edilib. Məktəbdə təşkil olunan rəsm sərgiləri, şeir müsabiqələri və digər layihələrdə iştirak edilib. Bilik yarışları, müsabiqələr, fənn olimpiadaları, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Bölmələr üzrə aylıq hesabatlar hazırlanıb, təqdimatlar keçirilib. Məktəbin “Kiçik Akademiya”sı məqsədlərinə çatmaq üçün şagirdlərin elmi bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirməyə davam edir. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident- Əliyeva Sevinc (müəllim) I vitse prezident – Əhmədova Tacirə (müəllim) II vitse prezident – Cəlilov Taleh (10a- şagird) III vitse prezident – Əliyeva Zəhra (11b- şagird) Kafedra rəhbərləri: Azərbaycan dili və ədəbiyyatı kafedrası – Paşayeva Esmira Tarix kafedrası – Ağazadə Elnur (11b-şagird) Xarici dillər kafedrası – İsgəndərova Ülviyyə Biologiya kafedrası – Rüstəmova Badam Kimya kafedrası – Əlizadə Sima Coğrafiya kafedrası – Süleymanova Fəridə Riyaziyyat-informatika kafedrası – Şirinova Nazənin Fizika kafedrası – İsrafilova Gülnarə İncəsənət kafedrası- Məmmədova Nigar (10a-şagird) İdman kafedrası – Rəfiyev Mehrab

Ətraflı
HAQQIMIZDA

V.Əvəzov adına 300 nömrəli tam orta məktəb 1932-ci ildə yaradılıb.II dünya müharibəsi il...

BİZİM FƏXRLƏRİMİZ

Türkan Sadıqova İlham

Nicat Xəlilzadə Elçin

HAQQIMIZDA

V.Əvəzov adına 300 nömrəli tam orta məktəb 1932-ci ildə yaradılıb.II dünya müharibəsi il...

BİZİM FƏXRLƏRİMİZ

Türkan Sadıqova İlham

Nicat Xəlilzadə Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi