Nailiyyətlərimiz

Hər şagirdimiz bir uğurdur !Məktəbin 3z sinif şagirdi Aylin Həsənzadə 4 yaşından idmanın bədii gimnastika növü ilə məşğul olur. Dəfələrlə klublar arası yarışda iştirak edərək 1, 2, 3-cü yerləri qazanmişdir.16 dekabr tarixində Bakıda keçirilən "GYMSTAR INTERNATIONAL CUP" dövlətlər arası yarışda iştirak etmiş və 2014 -cü il təvəllüdlü gimnastlar arasında 2-ci yeri qazanmışdır. Aylin dərslərində də birincidir. Səni təbrik edirik, Aylin. Uğurların davamlı olsun. Hər şagirdimiz bir uğurdur !

İstedadlarımızla tanış olaq.İstedadlarımızla tanış olaq. Məktəbin rus bölməsinin 11-ci sinif şagirdi Əliyeva Sara məsuliyyətli ,intizamlı,nümunəvi şagird olmaqla yanaşı istedadlı musiqiçidir. Müxtəlif müsabiqələrin qalıbıdir. Sara ,sənə seçdiyin peşədə uğurlar arzulayırıq.

Şagirdlərimiz yüksək bacarıq nümayiş etdirdilərÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük qayıdışın başlanğıcı" adlı hərbi bilik yarışmasında məktəbimizin "şəhid Tural Zeynalov" adlı komandası Binəqədi rayonu üzrə birinci yerə layiq görülmüşdür. Hərbi bilik yarışı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilmişdir. Komandamızın hazırlığında əziyyəti olan məktəbimizin hərbi rəhbəri mayor Səbuhi Səmədova təşəkkür edirik. Uğurlarımız davamlı olsun.

HAQQIMIZDA

V.Əvəzov adına 300 nömrəli tam orta məktəb 1932-ci ildə yaradılıb.II dünya müharibəsi il...

BİZİM FƏXRLƏRİMİZ

Elmar Şəmsiyev Muxtar

Samirə Məmmədova Əmrah

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi