"Sağlam gələcək: Reproduktiv sağlamlıq maarifləndirilməsi"
Bu gün məktəbimizdə 9b sinfi üçün "Sağlam gələcək: Reproduktiv sağlamlıq maarifləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərə reproduktiv sağlamlıq haqqında vacib biliklər vermək, sağlam həyat tərzinin önəmini vurğulamaq idi. Şagirdlər mövzu ilə bağlı fikir və suallarını bölüşdülər, interaktiv müzakirələrdə iştirak etdilər. Tədbir gənclərin sağlam həyat tərzi barədə məlumatlanmasına və bilinçli qərarlar vermələrinə kömək etmək üçün mühüm addım oldu.