"Yaşıl dünya naminə həmrəylik ili "
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin qərarı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili " elan edilmişdir.
Bu il çərçivəsində ölkəmizdə COP--29 kimi mötəbər tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Bu da beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən etibarın bariz nümunəsidir.
Məktəbimizin 8 A, 8 B sinif şagirdləri tarix müəllimi Kəmalə Həsənovanın təşkilatçılığı ilə " Dünyamızın sabahı" adlı dəyirmi masada ekoloji problemləri, "yaşıl enerji" və "yaşıl texnologiyaları" , "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmaları təhlil etdilər. Dəyirmi masa maraqlı diskussiya ilə yadda qaldı.