"Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya" mövzusunda növbəti maarifləndirmə məşğələsi
Məktəbimizin VIII sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq məqsədilə "Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya." mövzusunda növbəti maarifləndirmə məşğələsi keçirildi. Məqsəd alkoqolizmin və narkomaniyanın sağlamlığa ziyanını, törətdiyi fəsadları şagirdlərin nəzərinə çatdırmaq, yeniyetmələri bu zərərli vərdişlərdən çəkindirməkdir. Məşğələ boyunca bu vərdişlərin zərərlərindən danışıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda zərərli vərdişlərə "yox" deyək strategiyası şərh olundu. Məşğələni məktəbin biologiya müəllimi Məmmədova Nisəxanım apardı.