Gənc nəslin Bərpa olunan enerji mənbələri haqda maarifləndirməsi. Azərbaycanın bu prosesdə oynadığı rol və cəmiyyətin gözləntiləri

3 aprel 2024-cü il tarixində Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirdi.

Açılışı ilk olaraq Əməkdar müəllim, məktəbimizin direktoru Almaz xanım Həsrət qonaqları salamlayaraq elan etdi. Ərazi bütövlüyümüzün bərpası şəraitində keçirilən bu görüşdə Qarabağ müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə möhkəm cansağlığı arzulayaraq, məktəb adından minnətdar olduğunu söylədi.

Sonra söz Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirova verildi. O, tədbir iştirakçılarını təqdim edərək, görüşün məqsədləri barədə ümumi məlumat verdi.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov nazirliyin bu istiqamətdə fəaliyyəti barədə çox maraqlı məlumatlar verdi. Cahid bəy, çıxışı ilə şagirdlərin rəğbətini qazandı.

İŞ üzvü Sadiq Həsənov istilik elektrik stansiyalarının ətraf mühütə təsiri barədə, İŞ katibi Samir Həsənov Bərpa olunan enerji mənbələri və elektrik enerjisi, suya qənaət barədə, İŞ sədrinin müavini Mehriban Abdullayeva isə İctimai Şuranın bu istiqamətdə ( “Yaşıl Enerji” ) gördüyü işlər barədə maraqlı çıxışlar etdilər.

Görüşün sonunda mövzulara aid sual-cavab keçirildi. Bu da şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi