Beynəlxalq Uşaq Kitabı Günü
Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin kitabxana müdiri F.Şövqiyyə xanim 6 Bsinfi ilə Beynəlxalq Uşaq Kitab günü ilə əlaqədar tədbir keçirdi. 1967 ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib.