1 Mart - Ümumdünya Mülki Müdafiə Günü
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə də 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin GÇQH rəhbəri -Səlimov Elgiz müəllim və digər müəllimlər; Quliyev Abbasqulu müəllim, Ağamirova Bəsti müəllimə, Məmmədova Nisə müəllimə çıxış etdilər. Onlar mülki müdаfiənin təşkil еdilməsi, əhаlinin fövqəlаdə hаllаrа hаzırlаnmаsı istiqаmətində həyata keçirilən işlər haqqında geniş məlumat verdilər. Tədbirdə 1 Mart- Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi barədə şagirdlərə ətraflı məlumat verildi və onların sualları cavablandırıldı.