“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti seminar

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin  IX sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti seminar keçirildi. Biologiya müəllimi Məmmədova Nisəxanım tərəfindən keçirilən seminarın məqsədi yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı marifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Bu məqsədlə gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, gələcəkdə sağlam ailə qurması istiqamətimdə marifləndirici söhbət aparıldı. Seminarda məktəblilərə reproduktiv sağlamlıq haqqında, həmçinin, sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq, erkən nikahların fəsadları barədə məlumatlar verildi. Seminar zamanı reproduktiv sağlamlığa dair videoçarxlar nümayiş olundu, şagirdıəri maraqlandıran suallar cavablandırıldı. Eyni zamanda, şagirdlərin üzləşdikləri problemləri və maraq dairələrini öyrənmək məqsədilə onlara anket-sorğu vərəqləri paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi