Monitorinq VIII-IX siniflər
Fevralın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun təşkilatçılığı ilə 9-cu və 8-ci siniflərdə azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd 8-ci siniflərdə müvafiq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin, 9-cu siniflərdə isə buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müəyyənləşdirilməsidir.