Pedaqoji Şura
Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə yanvarın 31-də Pedaqoji şuranın növbəti iclası keçirildi. 2023/2024-cü tədris ilininin birinci yarımilinin sonu və ikinci yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş Pedaqoji şura ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına həsr olundu. Məktəbin direktoru Almaz xanım Həsrət, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Təranə Əliyeva və Əzimzadə Yaqut hesabatla çıxış etdilər. Məruzələr ətrafında çıxışlar edildi və müvafiq qərarlar qəbul olundu.