"Şəhidlər ölməz" şüarı ilə nümunəvi dərs

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 8 C sinif şagirdləri və tarix müəllimi Nigar Məmmədova Azərbaycan tarixi dərsində "Şəhidlər ölməz" şüarı ilə nümunəvi dərs keçirdilər.

20 yanvar1990cı il tarixi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış ən ağır günlərindən biridir , eyni vaxtda xalqımızın azadlıq, qəhrəmanlıq və mübarizlik tarixidir.

1988 - ci ildən başlayaraq mənfur "erməni daşnaklarının" və "Ermənistan dövlətinin" Azərbaycan dövlətçiliyinə , ərazi bütövlüyününə və Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlılara qarşı edilən haqsızlığa yüksələn etiraz səslərinin ünvanıdır 20 Yanvar tarixi.

Bu ədalətsiz, qərəzli "daşnak" özbaşınalığına susqunluq nümayiş etdirən keçmiş Sovetlər birliyinə yüksələn haqqın səsidir 20 Yanvar.

Nə qədər ağır, ağırlıqlı olsada Azadlığın ilk Göyərçinləridir 20 yanvar Şəhidləri. Azadlığımızın ilk qurbanları ,Müstəqilliyimizi rəmzidir 20 Yanvar Şəhidləri.

Bugünkü Qalib Azərbaycanın ilk Qalib Əsgərləridir 20 Yanvar Şəhidləri.

Qürurlu nəğməli Xarıbülbülün toxumudur boynu bükük Qərənfil. Artıq o da nəğmə deyir.Çünki,azaddır,müstəqildir ,vahiddir ən əsası qalibdir Azərbaycan!!!

Gözünüz aydın olsun 20 Yanvar Şəhidləri qanınız yerdə qalmadı , uğruna can verdiyiniz torpaq azadlıq əldə etmiş və Vətəniniz Azaddır!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi