2 B sinfinə şəhidin adı verildi

2 b sinfinə şəhidin adı verildi.26 dekabr 2023- cü il məktəbimizin ən fəal şagirdləri və ən yaxşı sinif otağı müsabiqəsində birinciliyi qazanan 2 b sinfinə II Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Sığırt yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Nicat Səmədovun doğum günü ilə əlaqədar adı verildi.

Məktəbimizin ən fəal şagirdləri, ən yaxşı sinif və sinif otağının birincisi olan 2 b sinfinə adın verilməsində Şəhidin ailə üzvləri, döyüş yoldaşları, Millət vəkili Səbinə Xasayeva və məktəb rəhbərliyi iştirak etdilər.

Şagirdlər Şəhid Nicat Səmədovun timsalında bütün şəhidlərin adını daima uca tutacaqlarına, onlar kimi igid oğul olacaqlarına söz verdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi