II Qarabağ müharibəsinin şəhidi Nicat Səmədovun doğum günü

 26 dekabr 2023- cü il Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə II Qarabağ müharibəsinin şəhidi Nicat Səmədovun doğum gününü qeyd etdik. Zəngilan rayonunun Sığırt yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Nicat Səmədovun doğum gününə Şəhidin ailə üzvləri, döyüş yoldaşları, Millət vəkili Səbinə Xasayeva da qonaq gəlmişdilər.

Şəhidin doğum günü ilə bağlı şagirdlərimizin ifasında anası Pərvanə xanımın yazdığı şerlər səsləndi, vətənpərvərlik mahnıları oxundu. Şəhidimiz Nicat Səmədova ithaf olunan səhnəcik də göstərildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi