"Binəqədi Gənclər evi"ndə "10 Dekabr - İnsan Hüquqları günü"nə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri
6 dekabr 2023-cü il tarixində "Binəqədi Gənclər evi"ndə "10 Dekabr - İnsan Hüquqları günü"nə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri keçirilmişdir. Şahmat turnirinə Binəqədi rayonundan 16 məktəb qatılmışdır. Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin bacarıqlı və savadlı şagirdləri 1 xal fərqi ilə məktəblər arası turnirin II yerini qazanaraq qalib olmuşdur.
Qalib şagirdlərimiz:
1. Məmmədov Riad - 11e
2. Cəlilzadə Ömər - 10ç
3. Şükürov Kənan - 9ç
4. Əliyarbəyova Zeynəb - 8a
5. Hüseynli Nigar - 8d