Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır
Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 8-ci siniflərində 04.12.2023, 05.12.2023 tarixlərində Reproduktiv sağlamlıq silsilə təlimlərinin “Gigiyena və Düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda 2-ci məşğələsi məktəbin psixoloqu M.Aytac tərəfindən keçirildi. Şagirdlər gigiyena barədə zəruri informasiya qazandılar, şəxsi gigiyena qaydalarını öz fikirləri ilə təqdim etdilər.