Keçmiş təhsil naziri,Prof. Misir Mərdanov məktəbimizdə

 15 noyabr 2023-cü ildə təhsil Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə möhtəşəm Zəfər Bayramı tədbiri keçirildi.Tədbirdə qonaqlar, veteran müəllimlər, 44 günlük müharibənin zəfərində payı olan məzun qazilər böyük coşqu ilə qarşılandı.Məktəbin giriş hissəsindən tutmuş tədbir keçiriləcək zala qədər düzülmüş balaca fidanlar əllərində bayraqlarla təmtəraqlı şəkildə qonaqları qarşıladı.Tədbir şəhidlərin ruhunun sayqıyla anılması və Azərbaycanın Dövlət Himninin ifası ilə başladı.Açılış çıxışında qonaqları salamlayan direktorumuz Əməkdar müəllim Almaz xanım Həsrət dəvət edilən qonaqların da şagirdlərin vətənpərvər ruhda yetişməsində, onların formalaşmasında oynadığı roldan danışdı.Bundan sonra söz Azərbaycanın keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Prof. Misir Mərdanova verildi. O, çıxışında uşaqların vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı fikirlərini dilə gətirdi,kollektivimizə  uğurlar dilədi. Professor eyni zamanda dövlətin gördüyü böyük işlər, özəlliklə də 8 Noyabr Zəfər Günü ilə bağlı təqdirini dilə gətirdi. O, eyni zamanda Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini paylaşdı. M.Mərdanovun çıxışı coşqu və alqışlarla qarşılandı.

Digər qonaqlar da çıxış edərək xatirələrini bölüşdü, Ulu Öndər Heydər Əliyev məktəbinin möhkəm təməlindən və bu məktəbin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətindən söz açdılar.Çıxışçılar eyni zamanda şagirdlərə bir sıra tövsiyələrini də verdilər.Qonaqlar Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim, “Əmək” ordenli Məcnun Babayev, “Tətbiqi Sənət Nümunələrinin Qorunması və Təbliğinə Yardım” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə departament rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı, eyni qurumun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası Lalə Sərdarlı, həmçinin qurumun incəsənətdə yeni texnologiyaların tətbiqi departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Toğrul Sərdarlı, Azərbaycan Respublikası Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru, Həzi Aslanov və Səməd bəy Mehmandarov adına qızıl medalların mükafatçısı, Ədliyyə müşaviri, polkovnik Məmməd Əliyev oldu.

Rəsmi çıxışların ardından tədbir bədii hissə ilə davam etdi.Tədbirdə hörmətli direktorumuz Almaz xanım Həsrətin qonaqlara xüsusi sürprizi oldu.Bu sürpriz dəvət hər kəsi riqqətə gətirdi. 2020-ci ilin 44 günlük müharibəsində yaralı halda əməliyyat masasında “Qarabağ” mahnısını oxuyan döyüşçü Məbud Əhmədov eyni mahnı ilə səhnəyə çıxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi