9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ

Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə lay-lay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

 

Baxıb sənə qürurlandı igidlər,
Dalğalandın, şəfəq saçdı üfüqlər,
Dara düşüb gizlədildin çox illər,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım

 

Hər bir ölkə bayraq ilə tanındı,
Şəhidləri bayrağına sarıldı,
Qarabağda zəfər marşı çalındı,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb kollektivi Azərbaycan xalqını 9-Noyabr Dövlət Bayraq günü münasibətilə təbrik edir.
#YAŞASINAZƏRBAYCAN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi