3 nömrəli məktəb - bayraqdar.info - da

BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb maraqlı ənənələrinə uyğun olaraq bu dəfə Türkməneli – Kərküklü şair, yazar, jurnalist, ictimai xadim və Ankaradakı Kərkük Kültür Dərnəyinin başqanı Dr. Şəmsəddin Küzəcini qonaq edib.

Məktəbin akt zalında keçirilən görüşə müəllim və şagirdlərdən ibarət heyət qatılıb.

Xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən veriblər.

Məktəblə tanışlığın ardından keçirilən tədbirdə şagirdlərin ifasında Şəmsəddin Küzəcinin şeirləri dinlənilib, Kərkük mahnıları səsləndirilib.

Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi hər zamankı kimi şagirdlərin dünya görüşünün genişləndirilməsi üçün belə tədbirləri təşkil edir. O, Azərbaycan ictimai və ədəbi rəyində Kərkükün özünəməxsus yerinin olduğunu qeyd edib.

Qonaq isə öz növbəsində bir Kərküklü olaraq özünü həm də azərbaycanlı hiss etdiyini deyib. O, bildirib ki, Kərküklülər də Azərbaycan xalqının bir parçasıdır.

Ş.Küzəci çıxışında Ulu Öndər Heydər Əliyevin sözlərini xatırladaraq qeyd edib ki, Quzey Azərbaycan, Güney Azərbaycan və Türkməneli – Kərkük tarixi Azərbaycanın parçalarıdır.

Şair onu da bildirib ki, özünü dərk edəndən Azərbaycan üçün, Azərbaycan naminə çalışmağı borc bilib. Ş.Küzəci bu yöndə müxtəlif səviyyələrdə gördüyü çox vacib işlər haqqında danışıb.

Daha sonra qonaq məktəbin direktoru Almaz Həsrətə Kərkük Kültür Dərnəyinin diplomunu təqdim edib. Bundan əlavə olaraq yeni nəşr edilmiş kitablarını imzalayaraq məktəbin kitabxanasına hədiyyə edən Ş.Küzəci ədəbiyyatın insanlar arasında körpü rolunu oynamasına diqqət çəkib.

Eyni zamanda Ş.Küzəci şagirdlərə də hədiyyələr verib, onları uğurlu ifalarından dolayı təbrik edib.

Coşqu içində keçən tədbir iştirakçıların və qonağın xoş təəssüratlarına, gözəl anlar yaşamasına səbəb olub.

https://www.bayraqdar.info/2023/10/25/3-nomr%c9%99li-m%c9%99kt%c9%99bd%c9%99-k%c9%99rkuklu-sairl%c9%99-gorus/?fbclid=IwAR2f82Th6wTrZnFWlsFK8dmTvRtzE5CsVSyw4hg4ytE4igGlqKaQILizmsM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi