Beynəlxalq Məktəb Kitabxanası Günü

23 oktyabr - Beynəlxalq Məktəb Kitabxanası Günüdür. Beynəlxalq Məktəb Kitabxanası Günü UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən bəri qeyd olunur. Gəlin, biz məlum tarixlə əlaqədar bu gün məktəbimizin kitabxanası barədə sizə məlumat verək. Məktəb kitabxanasının fəaliyyəti İlə bağlı kitabxana müdirimiz Şövqiyyə xanım uşaqlarla söhbət apardı .Məktəbimiz iki növbəli olduğu üçün bütün siniflərin hər birinə kitabxanamızla bağlı geniş məlumatlar verib maarifləndirdi. Kitabxanamızın rəflərində olan kitablar və ensiklopediyalar haqqında uşaqlarla müzakirələr apardı.Kitabxanamızın rəfləri Zəfər tarixinə həsr olunmuş "Tariximizə sahib çıxaq” kitablarıyla dolacaq və şagirdlərimizin bundan sonra da vətənpərvər ruhda böyməsinə dəstək olacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi