"Beynəlxalq Müəllimlər Günü"nə həsr edilmiş təhsil işçilərinin həmrəylik Forumu

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru,əməkdar müəllim Almaz Həsrət xanım :"Beynəlxalq Müəllimlər Günü"nə həsr edilmiş təhsil işçilərinin həmrəylik Forumuna dəvətə görə Emil Tagizadəyə təşəkkür edirəm. Yüksək səviyyəli səmimi ortam yaratdığı üçün forumun təşkilatçılarına təşəkkür edirəm. Bu tədbirdə müəllimə verilən dəyər göründü . Sabiq təhsil nazirimiz, böyük hörmət bəslədiyim, müəllimlərə dayaq olan, dəyər verən çox hörmətli Misir Mərdanovun müəllimə olan sevgisi bu forumda göründü. Bu da müəllim heyətinin Misir müəllimə olan səmimi mənəvi yüksəkliyin göstəricisi idi. Millət vəkilləri Ceyhun Məmmədov və Etibar Əliyev də müəllimlərlə tədbirin sonuna qədər bərabər oldular. Bu cür sadə, səmimi və rahat şəraitli ortamdan zövq aldım. Ziyalılarımız professorlarımız Əskərov Şahlar , Akif Abbasov , müəllimlərin dostu Şahin Rəcəb , İdrak məktəbinin rəhbəri Möhsün müəllim, Nadir İsrafilov, psixoloqlarımız Limunət Əmrahlı xanım, Əmiraslanova Vüsalə xanım, ADPU-dan Zülfiyyə xanım və başqaları əsl müəllim günündə respublikanın müxtəlif bölgələrindən gələn həmkarlarla bərabər oldular. Müəllimlər sözün əsl mənasında bir işığa toplaşmışdılar. Bu işıq hamının qəlbində unudulmaz anlar yaşatdı."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi