BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının rəhbərliyinə Beynəlxalq müəllimlər günü münasibətilə bizə göstərdiyi diqqət və təbrikə görə minnətdarlığımı bildirirəm.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Binəqədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərin direktorları və təhsil sahəsində çalışan partiya fəalları iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan danışdı. Müəllimə ən yüksək adın ümummilli lider Heydər Əliyev tərəfindən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərək qiymət verdiyini bildirdi. Daha sonra Vüsar İsmayılov bildirdi ki, göstərilən qayğının nəticəsi olaraq son illər Bakıda və regionlarda yüzlərlə məktəb tamamilə yenidən qurulub, müəllim və şagirdlərin ixtiyarına verilib. Rayon təşkilatının sədri partiya sıralarında təmsil olunan müəllimlərin simasında bütün təhsil işçilərini qarşıdan gələn Müəllimlər Günü münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında bildirdi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində iştirak edən insanlar məhz müəllim əməyinin yetişdirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Bu mənada müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür və onlar da bu missiyanı şərəflə yerinə yetirirlər. Müəllimlərimizi hər zaman diqqətdə saxlamalı və onların cəmiyyətimiz qarşısındakı xidmətlərini təbliğ etməliyik. Çünki müəllim əməyinə verilən qiymət onlar üçün ən böyük hədiyyədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi