Bilik günü

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Bilik günü qeyd edildi. İlk zəng çalındı.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlandı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət 15 sentyabr gününün Bakının erməni bolşevik qüvvələrindən azad edildiyi gün olduğunu da xatırlatdı. 1918-ci ildə məhz bu günü Bakının erməni bolşevik başkəsənlərindən azad olunmasının 105 illiyinin tamam olduğunu da vurğuladı. Qafqaz İslam ordusunun komandanı Nuru Paşa və əsgərlərinin sayəsində Bakı erməni bolşevik başkəsənlərindən azad edilmişdi.

Sonra söz Suqovuşanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Soltan Məmmədovun həyat yoldaşı Tünzalə xanım Məmmədovata söz verildi. Tünzalə xanım həyat yoldaşı Soltan bəyin Vətən uğrunda göstərdiyi şücaətindən danışdı. Şagirdlərimizə yeni tədris ilində uğurlar arzuladı.

Tədbirin rəsmi hissəsində Qarabağın işğalçılardan azad edilməsində canını vəda edən, 7 güllə yarası almış Şəhriyar adlı igid gəncimiz, qazimiz də şagirdlərimizi ilk dərs günü münasibətilə təbrik etdi.

Sonra söz Binəqədi rayonu İcra nümayəndəsi Mürsəl müəllimə verildi. Mürsəl müəllim şagirdlərimizə Vətənə, torpağa, dövlətə ləyaqətli vətəndaş kimi yetişməsində yaxşı oxumalarını tövsiyyə etdi.

İlk zəngimizi şəhidimizin xanımı Tünzalə Məmmədova və qazimiz Şəhriyar çaldı. Sonra şagirdlərimiz ilk zəngi çalmağa davam edərək, məktəbliləri sinif otaqlarına keçmələrinə dəvət etdilər.

#SalamMəktəb

#3nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi